Haqqımızda

Əmlak sektorunda fəaliyyət göstərən Recomp hazırda 4 layihəni özündə birləşdirir. Crown City Residence 2006-cı ildə inşa edilməyə başlamışdır. Şəhərin mərkəzində yerləşməsi, dənizə və şəhərə gözəl mənzərəsi, qazlı, tam yaşayışa hazır, çıxarışlı mənzillər ixtiyarınızdadır. Ahmedli Residence 2016-cı ildə tamamlanmışdır. Bu kompleks həmçinin, şəhərin mərkəzində yerləşməsi, daimi isti suyu, mühafizə olunan geniş həyəti, çıxarışlı mənzilləri ilə Sizlərin rahatlığını tam təmin edəcək. Park Residence Narimanov kompleksində tikinti işləri davam etdirilir və bu il tamamlanması nəzərdə tutulub. Layihə sərnişin və yük liftləri, dəmir seyf qapılar, qapalı uşaq əyləncə və oyun meydançası, uşaq bağçası, idman və sağlamlıq (SPA) mərkəzi, qapalı üzgüçülük hovuzu və digər yüksək keyfiyyətli xidmətlər təqdim etməklə, arzularınızın mənzilini sizə təklif edir.

1
Sizin Rahatlığınızı Düşünərək Tikirik
2
Rahat və Təhlükəsiz Yaşamağınız Bizim Üçün Əsas Dəyərdir